Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bir sıra iri Amerika yüksək texnologiyalar şirkətlərinin rəhbərlərinə elmi nailiyyətlərinə görə dövlətin ən yüksək mükafatlarını təqdim edib. Onların arasında İlon Mask da olub.
Təntənəli mərasim Vaşinqtonda yerləşən hökumətə məxsus Sülh İnstitutunda keçirilib. ABŞ Milli Elm Medalı "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask, "Google" şirkətinin həmtəsisçisi Sergey Brin, həmçinin "Nvidia" və "AMD" şirkətlərinin rəhbərləri Censen Huanq və Liza Suya təqdim olunub. "Dell Technologies" şirkətinin rəhbəri Maykl Dell və "Microsoft" şirkətinin baş direktoru Satya Nadella isə ABŞ Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif ediliblər.
“İlon bizim müasir dövrün Tomas Edisonumuzdur. İlon, səni təbrik etmək istəyirəm. Sən mənim dostumsan. Amma sən həm də çox xüsusi birisən”, - deyə Amerika lideri medalı təqdim edərkən bildirib.
Tramp Brini “dünyanın məlumat axtarma üsulunu əbədi olaraq dəyişdirən vizioner” kimi xarakterizə edib. Amerika liderinin sözlərinə görə, Google-un həmtəsisçisi bütün insanların “bəşəriyyətin bütün biliklərinə” çıxışını təmin edib. ABŞ administrasiyasının rəhbəri digər laureatları da səmimi şəkildə təbrik edib.




