Dünya · Trend.az

ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib xəbəri üçün şəkil

Bakı.Trend:

ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub.

“Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərindən kənarda keçirilir. Fransanın hər yerində yüzlərlə orta məktəb bağlanıb. Tələbə cəmiyyətləri oktyabrın 6-da ümumölkə etiraz günü keçirilməsinə çağırır, şagird birliklərinin, təhsil işçilərinin həmkarlar ittifaqlarının və valideyn assosiasiyalarının aksiyada iştirakı gözlənilir”, - deyə bəyanatda bildirilir.

Səfirlik ABŞ vətəndaşlarını nümayişlərin keçirildiyi yerlərdən uzaq durmağa və yerli KİV-in məlumatlarını izləməyə çağırıb.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda paytaxt regionu İl-de-Fransda başlayıb və hazırda bütün Fransanı əhatə edib. Etirazçılar həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları bu müddət ərzində 5 mindən çox şəxsi saxlayıb ki, onların 90 faizi yetkinlik yaşına çatmayanlardır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑