Bakı. Trend:
ABŞ güclü zəlzələnin baş verdiyi Panamaya dəstək məqsədilə zəruri resursların və personalın səfərbərliyinə başlayıb.
Bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı bəyanatında bildirilib.
“Panamanın cənubunda baş verən zəlzələ ilə bağlı məlumatları diqqətlə izləyirəm. ABŞ Panama xalqına dəstəyini ifadə edir. Panama hökumətinin müraciətinə uyğun olaraq, Dövlət Departamenti yardım göstərilməsi üçün resursları və personalı təcili şəkildə səfərbər edir”, – Rubio qeyd edib.

