Dünya · Trend.az

ABŞ-la dialoqda irəliləyiş İranın yeddi şərtinin razılaşdırılmasından asılıdır - Qalibaf

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-la dialoqda irəliləyiş İranın yeddi şərtinin razılaşdırılmasından asılıdır - Qalibaf xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ ilə dialoqda irəliləyişə yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra nail olmaq mümkündür.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkəsində yazıb.

“İranın şərtləri vasitəçilərə dəfələrlə və açıq şəkildə çatdırılıb. İrana qarşı “qamçı və kökə” siyasəti işləmir. İrəliləyişə yalnız İranın yeddi şərti razılaşdırıldıqdan sonra nail olmaq mümkündür”, – deyə o bildirib.

Bundan əvvəl İranın “Tasnim” agentliyi ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinə ünvanladığı məktubun Tehrana çatdığını, lakin hələlik ona cavab verilmədiyini bildirmişdi. Agentliyin məlumatına görə, Tehran Vaşinqtonun yeddi şərti yerinə yetirməsində israr edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑