Dünya · Azxeber.com

Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb xəbəri üçün şəkil
Milanda (İtaliya) sinaqoq və məsciddə terror aktları hazırlayan 22 yaşlı gənc saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Həmin şəxs əvvəlcədən partlayıcı qurğuların hazırlanması və odlu silahların modifikasiyası üsullarını öyrənib. O, hazır qurğulardan Milan ətrafındakı sinaqoq və məsciddə istifadə etməyi planlaşdırıb.
Axtarış zamanı polislər onun elektron cihazlarında ksenofobiyanı və Holokostun inkarını təbliğ edən, eləcə də 2011-ci ildə Norveçdə kütləvi qətllər törətmiş terrorçu Anders Breyvikin ideologiyasını özündə ehtiva edən materiallar aşkar ediblər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑