Dünya · Modern.az

Paşinyan İranla sərhəd məsələləri üzrə komissiya yaratdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan İranla sərhəd məsələləri üzrə komissiya yaratdı
Paşinyan İranla sərhəd məsələləri üzrə komissiya yaratdı

Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması və İran tərəfi ilə danışıqların aparılması üzrə komissiya yaradıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında bildirilib.

Komissiyaya Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin Qonşu Ölkələr İdarəsinin rəisi rəhbərlik edəcək. Hazırda bu vəzifəni müvəqqəti olaraq Avetik Arutyunyan icra edir.

Komissiyanın tərkibinə, həmçinin həmin idarənin sərhədlərin delimitasiyası məsələləri üzrə şöbəsinin müdiri daxil ediləcək.

Bundan başqa, komissiyada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin müşavirlərindən biri, Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı, o cümlədən Sərhəd Qoşunları İdarəsinin rəisi, eləcə də Dövlət Daşınmaz Əmlak Kadastr Komitəsinin şöbələrindən birinin rəhbəri təmsil olunacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan TRIPP marşrutunun layihələndirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində sərhəd zonasına səfər edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑