Dünya · Trend.az

Şimali Koreya bir neçə ballistik raket buraxıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şimali Koreya bir neçə ballistik raket buraxıb xəbəri üçün şəkil

Bakı. Trend:

Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb.

Bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər Pxenyan ərazisindən buraxılıb və təxminən 900 kilometr məsafə qət edib. Cənubi Koreya ordusu mümkün əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑