Bakı. Trend:
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb.
Buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbində yerləşən Szyutsüan kosmodromunun "Dunfen" kommersiya meydançasından həyata keçirilib.
Kosmik aparatların orbitə çatdırılması üçün "Kinetica-2" daşıyıcı raketindən istifadə olunub.
Çində "Tsyanfan" adı ilə tanınan "SpaceSail" peykləri aşağı Yer orbitində Ku, Q və V tezlik diapazonlarında fəaliyyət göstərir.
Peyklər Şanxay hökumətinin dəstəyi ilə "Shanghai Spacesail Technologies" şirkəti tərəfindən hazırlanmış G60 peyk qruplaşmasının tərkibinə daxildir.


