Dünya · Trend.az

Binance əlavə kriptovalyuta və şəbəkələr üzrə pul çıxarılmasını mərhələli şəkildə bərpa edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Binance əlavə kriptovalyuta və şəbəkələr üzrə pul çıxarılmasını mərhələli şəkildə bərpa edəcək xəbəri üçün şəkil

Bakı. Trend:

Binance kriptovalyuta birjası noyabrın 3-də Bakı vaxtı ilə saat 08:00-dan etibarən əlavə kriptovalyutalar və şəbəkələr üzrə vəsaitlərin çıxarılmasını mərhələli şəkildə bərpa etməyə başlayacaq.

Platformanın açıqlamasında bildirilib ki, noyabrın 1-də seçilmiş şəbəkələr və aktivlər üzrə pul çıxarılmasının uğurla bərpa edilməsindən sonra, noyabrın 3-də Bakı vaxtı ilə saat 05:00-dan etibarən siyahıda göstərilən digər aktivlər üzrə də bu əməliyyatlar əlçatan olacaq.

Qeyd olunub ki, bütün aktivlər üzrə pul çıxarılması eyni vaxtda bərpa edilməyəcək. Birinci mərhələdə olduğu kimi, təhlükəsizlik yoxlamaları başa çatdıqca və ayrı-ayrı aktivlərin hazır olduğu təsdiqləndikcə bu imkan tədricən istifadəyə veriləcək. Depozit əməliyyatları isə əlçatan olaraq qalacaq və məhdudlaşdırılmayacaq.

Şirkət əlavə edib ki, pul çıxarılması əməliyyatlarının bərpası, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və istifadəçilərin proses barədə məlumatlandırılması istiqamətində işlər davam etdiriləcək.

Bəyanatda, həmçinin oğurlanmış vəsaitlərlə bağlı yaranan maliyyə itkilərinin Binance tərəfindən qarşılanacağı və bu itkilərin istifadəçilərə yüklənməyəcəyi vurğulanıb.

Xatırladaq ki, Binance noyabrın 1-də seçilmiş şəbəkələr və aktivlər üzrə pul çıxarılmasının bərpasının ilk mərhələsinə başlamışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑