Dünya · Trend.az

Nepalda iki helikopter toqquşub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nepalda iki helikopter toqquşub xəbəri üçün şəkil

Bakı. Trend:

Nepalın şərqində yerləşən Solukhumbu bölgəsində iki helikopterin toqquşması nəticəsində bir əcnəbi həlak olub, daha bir sərnişin yaralanıb.

Hadisə Air Dynasty və Fishtail Air şirkətlərinə məxsus helikopterlərin enişi zamanı baş verib.

Həlak olan əcnəbinin şəxsiyyəti hələlik müəyyən edilməyib. Yaralı sərnişin helikopterlə xəstəxanaya çatdırılıb.

Zərərçəkənin, eləcə də hər iki helikopterin digər sərnişinlərinin və ekipaj üzvlərinin vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Hadisənin səbəbi hələlik məlum deyil. Polis qəza ilə bağlı araşdırma aparır və əlavə məlumat toplayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑