Dünya · Globalinfo.az

Tehranın yeni hədəfi: “Raketlərimiz ora çata bilər”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tehranın yeni hədəfi: “Raketlərimiz ora çata bilər” xəbəri üçün şəkil

“ABŞ yenidən hücum edərsə, Tehran Yaxın Şərq regionundan kənarda yerləşən Amerika hərbi bazalarına zərbələr endirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Mənuçöhr Mottəki deyib.

“Regiondan kənar dedikdə, bizə qarşı istifadə olunan ərazilər nəzərdə tutulur. Hazırda bu coğrafi ərazi, bununla bağlı sübutlar da mövcuddur, Avropadır. Beləliklə, coğrafi məhdudiyyətlərin olmaması kontekstində, bəli, bu o deməkdir ki, raketlərimiz Avropaya çata bilər”, – deyə o qeyd edib.

Bundan əvvəl İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bildirmişdi ki, ölkənin ali rəhbəri Müctəba Xamenei münaqişənin dialoq yolu ilə tənzimlənməsi barədə göstəriş verib.

Eyni zamanda, İran silahlı qüvvələri daha əvvəl hərbi vasitələrlə cavab verməyə hazır olduqlarını bəyan etmiş, o cümlədən hərbi əməliyyatların coğrafiyasını genişləndirməklə hədələmişdilər.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑