İran və ABŞ arasında mesaj mübadiləsinin vasitəçilər vasitəsilə həmişəki kimi davam etdiyi açıqlanıb, lakin bu mövzuda heç bir irəliləyiş baş verməyib.
Tezadlar.az xəbər verir ki, Fars Xəbər Agentliyinə danışan adı açıqlanmayan bir mənbə, İran və ABŞ arasında mesaj mübadiləsinin vasitəçilər vasitəsilə davam etdiyini və heç bir irəliləyiş olmadığını bildirib.
Mənbə qeyd edib ki, ABŞ İranın irəli sürdüyü yeddi şərti yerinə yetirənə qədər heç bir irəliləyiş və ya addım olmayacaq.
Hörmüz boğazındakı vəziyyətə toxunan mənbə boğazın tamamilə İran hərbi nəzarəti altında olduğunu iddia edərək, heç bir ABŞ gəmisinin boğazdan bir neçə yüz kilometr məsafəyə yaxınlaşmağa cəsarət etmədiyini iddia edib.
ELBAR






