ABŞ Prezidenti Donald Tramp 8 münaqişəyə son qoyduğuna görə 8 Nobel Sülh Mükafatı almalı olduğunu iddia edib.
Tezadlar.az xəbər verir ki, NBC News-un məlumatına görə, Tramp Nyu-Yorkda Respublikaçıları dəstəkləmək üçün təşkil edilən mitinqdə Nobel Sülh Mükafatı haqqında danışıb.
Nobel Komitəsinin bu ilki sülh mükafatını ona verməmək qərarını tənqid edən Tramp qərarın “Norveçdə silinməz bir ləkə buraxdığını” bildirib.
Tramp davam edən 8 münaqişəyə son qoyduğuna və ya qarşısını aldığına görə 8 Nobel Sülh Mükafatı almalı olduğunu iddia edib.
O, mükafatı qazanmasının səbəbləri kimi Afrika və Asiyadakı münaqişələrə son qoymaq və ya qarşısını almaq səylərini və “tarixdə hər kəsdən daha çox insanın həyatını xilas etdiyi” iddialarını göstərib. Bu ilki Nobel Sülh Mükafatı qalibi ilə bağlı Tramp “Mən çox insan tanıyıram. Bu insan haqqında heç eşitməmişəm, amma hər halda təbrik edirəm” şərhini verib.
Tramp həmçinin məsələ ilə bağlı şərh verərək deyib: “Sizin prezidentiniz kimi təmsil etdiyim ABŞ Nobel Sülh Mükafatını almalı idi, amma almadı”.
2026-cı il Nobel Sülh Mükafatı Cənubi Afrikalı vəkil Navanethem Navi Pillaya sülh və beynəlxalq hüquq sahəsindəki işlərinə görə verilib.
ELBAR





