Mədəniyyət · Təzadlar

Süleyman Rüstəmin 120 illik yubileyi qeyd olundu - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süleyman Rüstəmin 120 illik yubileyi qeyd olundu - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə görkəmli Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirin rəsmi hissəsində Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Azərbaycan Yazıçılar Birliyi bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, tənqidçi şair Əsəd Cahangir şairin yaradıcılığının Azərbaycan ədəbiyyatındakı yeri və ədəbi irsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Qiraətçi Hüseynağa Aslanov və İradə Aytelin təqdimatında baş tutan proqramda Süleyman Rüstəmin poeziyası musiqi ilə vəhdətdə təqdim olunub.

İnstrumental ansamblın (Bədii rəhbər Mirxalid Salayev) müşayiətilə keçirilən konsertdə teatrın solistləri: Xalq artistləri Heydər Anatollu və Gülyaz Məmmədova, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, eyni zamanda Aytən Məhərrəmova çıxış ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑