Dünya · Təzadlar

İspanlar öz nazirlərini "arzuolunmaz şəxs" elan etdilər... - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspanlar öz nazirlərini "arzuolunmaz şəxs" elan etdilər... - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

İspaniyanın Mursiya muxtar icmasının parlamenti ölkənin Baş naziri Pedro Sançesi arzuolunmaz şəxs (persona non grata) elan etmək barədə təklifi təsdiqləyib.

Bu barədə “ABC” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qanunverici məclis bu addımla Sançesin fəaliyyətinin “zərərli nəticələrinə qarşı institusional və ictimai narazılığı” nümayiş etdirmək istəyir. Bu qərarın hüquqi baxımdan məcburi qüvvəsi yoxdur.

“Cadena SER” radiostansiyasının məlumatına görə, təşəbbüs mühafizəkar Xalq Partiyası və ifrat sağçı “Vox” siyasi qüvvəsi tərəfindən dəstəklənib.

Mursiya parlamenti İspaniya hökumətinin başçısı barəsində belə qərar qəbul edən ilk regional qanunverici orqan olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑