Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının məqsədi haqqında söylədiyi fikrə istinad edərək bir yazı paylaşmışdım.Mirzə Cəlil yazırdı: “Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməsi yolunda çalışmaqdır.”Mən də həmin yazıda maarifçilərimizin yüz il əvvəl mübarizə apardıqları cəhalətin, xurafatın və dini fanatizmin bu gün yenidən cəmiyyətimizə qaytarılması təhlükəsindən bəhs etmişdim.
Yazının altında tanınmış kinodramaturq Eldəniz Quliyev belə bir şərh yazıb: “Dostum, deyəsən YAP-a üzv olmusan…((”
Eldəniz bəy, dostum, mən YAP-a üzv olmamışam. Mən Mirzə Cəlilin, Sabirin, Üzeyir Hacıbəylinin, Axundzadənin açdığı maarifçilik yolu ilə getməyə çalışıram.
Onların mübarizə apardığı cəhalətə, xurafata və dini fanatizmə qarşı çıxmaq nə vaxtdan YAP-çılıq olub?
Amma sizə bir hadisəni xatırlatmaq istəyirəm.
2016-cı ildə İrana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ilə görüşmüşdünüz. Həmin adam sonralar Azərbaycanı “şirin quyruğu ilə oynamamağa” çağıran çıxışı ilə tanındı.
Həmin görüş barədə xəbər də, fotoşəkil də dərc olunub.
Əlbəttə, kiminləsə görüşmək onun bütün fikirlərini bölüşmək demək deyil. Amma bu gün Azərbaycanın dünyəvi gələcəyi barədə danışarkən həmin görüşü də xatırlatmaq yerinə düşür.
Hörmətli Eldəniz bəy, Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyli ömürlərini xalqımızı cəhalətdən, xurafatdan qurtarmağa sərf ediblər. Mən də onların qoyduğu yolu müdafiə edirəm.
Mən nə indiki hakimiyyətin yanlış siyasətini müdafiə edirəm, nə də İran tipli dini idarəçiliyi Azərbaycan üçün çıxış yolu sayıram.
Hakimiyyətə müxalif olmaq o demək deyil ki, onun əleyhinə olan hər dini-siyasi çağırışı dəstəkləməliyik.
Mənim mövqeyim aydındır: azad, dünyəvi, demokratik Azərbaycan!
İndi özünüz deyin, Eldəniz bəy, Mirzə Cəlilin yolunu müdafiə etmək YAP-çılıqdır, yoxsa Azərbaycan maarifçilərinin bizə qoyduğu irsə arxa çevirmək?
Elbəyi HƏSƏNLİ,
SURİX
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərindən görüntülər paylaşılıb.
Modern.az həmin görüntüləri təqdim edir:
Qazaxıstanda məktəblərdə hicab qadağası 2016-cı ildən var. Ona görə maraqlı idi ki, vəziyyət necədir. Məsələlər biz və Orta Asiyada sinxron gedir. +-2-3 il fərqlə.…
Президент США Дональд Трамп недоволен действиями Владимира Зеленского и считает, что украинские удары по российским нефтеперерабатывающим заводам вредят отношениям Киева с Вашингтоном сильнее, чем…
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kreml lideri Vladimir Putin müharibənin bitməsi ilə bağlı sülh razılaşması ilə Ukrayna prezidenti Volodimir Zelenskidən daha çox maraqlanır.…
İnsan beyninin illər əvvəl baş verən hadisələri necə yadda saxladığı alimləri düşündürən əsas suallardan biridir. Yeni araşdırma isə uzunmüddətli yaddaşın qorunması ilə bağlı mövcud təsəvvürləri dəyişə biləcək nəticələr ortaya qoyub.Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Okina
“Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici mərkəzlərin əsas məqsədi xalqımızın birliyini sarsıtmaq, ölkəmizi müstəqillik yolundan döndərmək və cəmiyyəti özünə tabe etdirməkdir.” Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov […]
Source