Qazaxıstanda məktəblərdə hicab qadağası 2016-cı ildən var. Ona görə maraqlı idi ki, vəziyyət necədir. Məsələlər biz və Orta Asiyada sinxron gedir. +-2-3 il fərqlə.
Qadağa təhsil nazirinin əmri ilə tətbiq edilib. Tək dövlət deyil, həm də özəl məktəblərə aiddir. Amma ciddi olaraq 2023-cü ildən üstünə düşüblər.
2023-cü ildən bəri yüzlərlə qız hicaba görə məktəbə gedə bilmir. Düzdür, məhkəmələr bir çox hallarda nə oralıq, nə buralıq qərarlar çıxarırdı: “dünyəvi qaydaya riayət edilməlidir, amma məktəb sırf geyimə görə uşağı təhsildən məhrum edə bilməz”.
Ali Məhkəmənin 2024-cü ildə bir qəribə qərarı oldu. Ali Məhkəmə uşağın dərsə buraxılmamasını konstitusion pozuntu hesab etdi, amma nazirin əmrini ləğv etmədi. Hicabla məktəbə getmək də bu işin predmeti deyildi. Ona da fikir bildirməyib .
Yəni məhkəmə deyir ki, nazirlik məktəbli forması tətbiq edə bilər, valideyn və şagirdlər tabe olmalıdırlar, amma tabe olmasalar hicab şagirdin məktəbə buraxılmaması üçün kifayət deyil.
2025-ci ildə məsələ BMT İnsan haqları şurasının xüsusi proseduruna da girib. Kommunikasiya olub, necəsə yola veriblər.
Keçən həftə isə nazir dedi ki, əgər ÖZƏL məktəblər bu qaydaya riayət etməsələr, onların lisenziyası ləğv ediləcək.
Qazaxıstan müsəlmanları idarəsi də əvvəl kompromiss olaraq qədimdən olan rəngli yaylıqları təklif edib, sonra bəyənatı saytdan silib.
Orda həm də deyib ki, cinsi yetkinlik yaşına çatanlar üçün hicab məcburidir. Yəni lap balaca qızlar üçün hicab məcburi deyil.
Növbəti postda Özbəkistanla bağlı yazacam.
Fuad EMİNOV
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
İstanbulda son bir ay ərzində mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan 289 şübhəlidən 175-i həbs olunub.Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları sent
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərindən görüntülər paylaşılıb.
Modern.az həmin görüntüləri təqdim edir:
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının məqsədi haqqında söylədiyi fikrə istinad edərək bir yazı paylaşmışdım. Mirzə Cəlil yazırdı: “Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməsi…
Президент США Дональд Трамп недоволен действиями Владимира Зеленского и считает, что украинские удары по российским нефтеперерабатывающим заводам вредят отношениям Киева с Вашингтоном сильнее, чем…
ABŞ prezidenti Donald Tramp bildirib ki, Kreml lideri Vladimir Putin müharibənin bitməsi ilə bağlı sülh razılaşması ilə Ukrayna prezidenti Volodimir Zelenskidən daha çox maraqlanır.…
İnsan beyninin illər əvvəl baş verən hadisələri necə yadda saxladığı alimləri düşündürən əsas suallardan biridir. Yeni araşdırma isə uzunmüddətli yaddaşın qorunması ilə bağlı mövcud təsəvvürləri dəyişə biləcək nəticələr ortaya qoyub.Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Okina