Dünya · Teleqraf

Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib xəbəri üçün şəkil

BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC" telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı müəyyən müddət dayandırılan kəşfiyyat məlumatlarının ötürülməsi prosesinin yenidən başladığını diqqətə çatdırıb. Ukrayna lideri, həmçinin bu həftə ABŞ ilə yeni danışıqların keçirilə biləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Kiyevə endirilən ballistik raket zərbələri zamanı Ukrayna tərəfdaşlarından öncədən kəşfiyyat xəbərdarlığı almadığını vurğulamışdı. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun Kiyevə köməyi dayandırmadığını bildirmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑