ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin nisbəti rekord həddə geriləyərək 33%-ə düşüb.
Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post", ABC və "Ipsos"un keçirdiyi birgə rəy sorğusunda bildirilir.
Sorğuda iştirak edənlərin 72%-i ABŞ-ın yanlış istiqamətdə irəlilədiyini, 65%-i isə İranla müharibənin səhv qərar olduğunu düşünür. Trampın iqtisadi siyasətini dəstəkləyənlərin sayı da 28%-ə düşüb.
Sorğu oktyabrın 9–13-də 2545 yetkin amerikalı arasında keçirilib.
Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək.


