Dünya · Bizim.Media

Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada prezidentliyə namizəd Makronun istefasını tələb etdi xəbəri üçün şəkil

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) Partiyasının lideri və prezidentliyə namizəd Florian Filippo (Florian Philippot) ölkə boyu tüğyan edən iğtişaşlara görə dövlət başçısı Emmanuel Makronu günahlandıraraq onu istefaya çağırıb. 

Bizim.Media Fransa mediasına istinadən xəbər verir ki, Filippo mövcud böhranın hazırkı hökumətin siyasətinin nəticəsi olduğunu bildirib.

O, bəyan edib ki, hakimiyyət onilliklər ərzində ölkəyə uyğunlaşa bilməyən və "Fransaya nifrət etməyə öyrədilmiş" insanların kütləvi miqrasiyasına göz yumub.

Ölkə daxilində keçirilən nümayişlər zamanı etirazçılar inqilaba çağırış edən plakatlar qaldırıb və "Makron, istefa ver!" şüarları səsləndiriblər.

İğtişaşlar fonunda Parisdə 850-dən çox, Lionda 160, Lilldə 69, Limojda isə 17 nəfər hüquq-mühafizə organları tərəfindən saxlanılıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑