BAKI, 8 oktyabr. TELEQRAF
“Almaniyanın hazırkı hakimiyyətinin müharibəyə ehtiyacı var və bunu heç gizlətmir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Kansler Fridrix Meritsin rəhbərlik etdiyi Berlinə müharibə lazımdır və onun addımları bunu göstərir. Məqsəd isə öz əhalisinin diqqətini daxili problemlərdən müəyyən qədər yayındırmaq və özünü gözdən salmış, müflisləşmiş hakimiyyətin ömrünü uzatmaqdır. Mertsin Kiyevə səfərini artıq şərh etmişəm, məncə, onun ritorikası növbəti təsdiqdir: onlara müharibə lazımdır”, - diplomat bildirib.
Zaxarovanın iddiasına görə, Berlinin Rusiya-Ukrayna müharibəsində iştirakı siyasi qiymətləndirmə məsələsi belə deyil, artıq baş verənin faktıdır: “Almaniya Kiyev rejiminin tərəfində münaqişənin iştirakçısıdır. Bunu Almaniyanın özü uzun illərdir bəyan edir. Bu faktdır. Əslində, Almaniya rəhbərlərinin özləri də, heç vaxt bunu gizlətməyiblər”.






