Avropa · APA

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib xəbəri üçün şəkil

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir.

Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də “kölgə donanması” ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib.

Sanksiya tətbiq edilən qurumlar arasında "Zarubejneft" şirkəti və “Stolichny Credit” bankının da olduğu bildirilir.

Böyük Britaniya hökumətinin məlumatına görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən və ölkənin neft gəlirlərinin təmin edilməsində rol oynadığı iddia edilən strukturları hədəfə alır.

“Reuters”in məlumatına görə, yeni paket Rusiyanın neft məhsullarının daşınmasında istifadə olunan “kölgə donanması”na qarşı tədbirləri də əhatə edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑