Avropa · Teleqraf

Moldova Silahlı Qüvvələrin sayını artırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moldova Silahlı Qüvvələrin sayını artırır xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib.

Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 9000-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 2000 mülki işçiyə endirilib, bu da ölkəni müdafiə etmək üçün kifayət deyil.

Prezident Maya Sandu da iclasın qapalı keçiriləcəyini və parlament üzvlərinin telefonlar və noutbuklar da daxil olmaqla elektron cihazlar gətirməsinin qadağan ediləcəyini bildirib:

“Məxfi sənədlə işləyərkən müəyyən prosedurlara əməl edilməlidir. Sənəd niyə məxfi saxlanılır? Çünki biz bütün bunlardan, xüsusən də Moldova Respublikasına düşmən olan və digər ölkələrin xəbərdar olmasını istəmirik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑