Dünya · Teleqraf

Yəmən ordusu bir gündə 800 husi yaraqlısını zərərsizləşdirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yəmən ordusu bir gündə 800 husi yaraqlısını zərərsizləşdirdi xəbəri üçün şəkil

BAKI, 17 oktyabr. TELEQRAF

Yəmən ordusu son 24 saat ərzində üsyançı Ənsar Allah (Husi) hərəkatının təxminən 800 yaraqlısını zərərsizləşdirib və onların mövqelərinə 1400-dən çox zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, zərbələr Husilərin atəş mənbələrini və pilotsuz uçuş meydançalarını hədəf alıb. Şərq cəbhəsində hökumət qüvvələri düşmən mövqelərini təmizləməyə davam edib və yeni taktiki xətlər üzərində nəzarəti ələ keçirib. Bundan əlavə, ölkənin cənub-qərbindəki Taiz əyalətində silahlı qüvvələr üsyançıların davamlı hücum dalğalarını dəf edib, döyüş təyyarələri düşmən mövqelərinə və gücləndirilmiş qüvvələrə zərbələr endirib və bu da şəxsi heyət və avadanlıqlarda ciddi itkilərə səbəb olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑