Dünya · Teleqraf

Fransada qiymətlərin artmasına qarşı etirazlar zamanı mağazalar talan edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada qiymətlərin artmasına qarşı etirazlar zamanı mağazalar talan edildi xəbəri üçün şəkil

BAKI, 17 oktyabr. TELEQRAF

17 oktyabrda Fransada bahalaşmaya qarşı keçirilən nümayişlər zamanı mağazalar talan edilib.

Teleqraf xəbər verir ki, Marseldə onlarla mağaza qarət edilib. Oxşar hadisələr Bordo, Lion, Nitsa və digər böyük şəhərlərdə də baş verib. Burada üzlərini gizlədən və nümayişlərə qoşulan qruplar kütləvi iğtişaşlar təşkil ediblər. Parisdə isə Strasburq-Sen-Deni rayonunda və Kapuçines bulvarında bir neçə mağaza qarət edilib.

Fransa paytaxtında iğtişaşlar günortadan bəri davam edir və Respublika Meydanından şəhərin hər yerinə yayılıb. Luvr muzeyinin yaxınlığında kiçik etirazçı qruplar sahildə böyük tıxac yaradıblar. Maska geyinmiş şəxslər avtomobillərin şüşələrini sındırıblar.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazadan istifadə edib.

Aksiyalarda 500 mindən çox insan iştirak edib. 200 nəfər həbs olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑