Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
Bildirilib ki, insident Yuxarı Kurram və Qozgərhi sərhəd bölgələrində olub.
Hadisə nəticəsində 7 pakistanlı hərbçi ölüb, 6-sı isə yaralanıb.
“Geo Nyus”un verdiyi məlumata görə, Əfqanıstana məxsus hərbi düşərgə məhv edilib və bir neçə əfqanıstanlı hərbçi öldürülüb.
Hazırda ərazidə atışmalar davam etsə də, onların intensivliyi azalıb.




