Siyasət · Teleqraf

XİN: Azərbaycanda mina təhlükəsinə daha çox beynəlxalq diqqət ayrılmalıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
XİN: Azərbaycanda mina təhlükəsinə daha çox beynəlxalq diqqət ayrılmalıdır xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Bu gün Cəbrayıl rayonunda mina partlayışı nəticəsində ata və oğlu ağır xəsarət alıb, bununla da 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Bu dəhşətli hadisə, günahsız insanların həyatına son qoymağa və ağır xəsarətlər yetirməyə davam edən minaların yaratdığı ölümcül və ayrı-seçkilik qoymayan təhlükəni bir daha nümayiş etdirir", - məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycan minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyir və ölkədə mina təhlükəsi ilə mübarizə fəaliyyətinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır.

Xatırladaq ki, bu gün Cəbrayılda Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.

Today, a father and his son have been severely maimed in landmine explosion in Jabrayil district, bringing the number of landmine victims in #Azerbaijan to 4️⃣4️⃣3️⃣ since the end of the 2020-war. This horrific incident once again demonstrates the deadly and indiscriminate threat posed by landmines, which continue to claim innocent lives and inflict devastating injuries. Azerbaijan strongly condemns the continued danger posed by landmines and calls for greater international attention for mine action in Azerbaijan.

— MFA Azerbaijan (@AzerbaijanMFA) October 8, 2026
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑