Siyasət · Günün Səsi

XİN: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
XİN: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb xəbəri üçün şəkil

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

“Hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur”, – məlumatda deyilir.

Azərbaycan minaların yaratdığı davamlı təhlükəni pisləyib və ölkədə minatəmizləmə fəaliyyətinə beynəlxalq diqqətin artırılmasına çağırıb.

Gununsesi.info
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑