Dünya · Teleqraf

Ukrayna cəbhəsində ötən sutkada 221 döyüş toqquşması baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna cəbhəsində ötən sutkada 221 döyüş toqquşması baş verib xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Ukraynada ötən sutka ərzində Rusiya qüvvələri ilə 221 döyüş toqquşması baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Sutka ərzində Rusiya tərəfi 1 raket və 73 aviasiya zərbəsi endirib, 255 idarəolunan aviabomba, 8,4 mindən çox dron-kamikadze tətbiq edib və yaşayış məntəqələrini 2,5 mindən çox atəşə tutub. Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası isə düşmənin bir PUA idarəetmə məntəqəsini vurub.

Rusiya ordusunun genişmiqyaslı hücum başlayandan bəri ümumi canlı qüvvə itkisi 1 milyon 552 min 840 nəfərə çatır, son sutkada isə 1 930 hərbçi zərərsizləşdirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑