Dünya · Teleqraf

Tramp: Zelenski Ukraynadakı müharibəni dəfələrlə dayandıra bilərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: Zelenski Ukraynadakı müharibəni dəfələrlə dayandıra bilərdi xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Volodimir Zelenski ölkədə seçkilər keçirməlidir. O, bu münaqişəni dəfələrlə həll edə bilərdi.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

D.Tramp V.Zelenskinin sülh sazişi bağlamaq istəmədiyini vurğulayıb:

"Prezident Zelenski müharibəni dayandıra və ya dəfələrlə razılığa gələ bilərdi. Düşünürəm ki, Rusiya tərəfi razılaşma əldə etmək istəyir. Biz bu barədə qarşılıqlı müzakirələr aparmışıq. Bu məsələ dəfələrlə həll oluna bilərdi, lakin hansısa səbəbdən Zelenski razılığa gəlmək istəmir".

Ağ Ev rəhbəri V.Putinlə keçirilən son telefon danışığının təfərrüatlarına da toxunub:

"Prezident Putin münaqişənin həllini qətiyyətlə istəyir. Həmçinin Putin dünya bazarı üçün böyük həcmdə neft çıxarır və bunu çox aşağı qiymətə edir. Bu, yaxşı göstəricidir".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑