Dünya · Globalinfo.az

Putinlə Trampın gizli oyunu ortaya çıxdı – “Dizel” anlaşmasının pərdəarxası detalları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinlə Trampın gizli oyunu ortaya çıxdı – “Dizel” anlaşmasının pərdəarxası detalları xəbəri üçün şəkil

“Oktyabrın 9-da ABŞ və Rusiya arasında prezidentlər səviyyəsində razılaşma əldə edilir. Razılaşmaya əsasən, Rusiyaya dizel yanacağının satışına tətbiq edilən sanksiyalar aradan qaldırılır, Rusiya tərəfi isə sonradan tədarükün həcminin artırılması şərti ilə ayda 300 min ton dizel yanacağı tədarük etməyi öhdəsinə götürür”.

Globalinfo.az xəbər verir ki, bunu erməni tarixçi Arek Savqulyan sosial media hesabında qeyd edib.

O xatırladıb ki,  ABŞ ildə 170 milyard ton dizel yanacağı istehlak edir:

“Yəni Rusiyanın tədarük edəcəyi 300 min ton dizel ABŞ-ın illik nəqliyyat yanacağı istehlakının təxminən 0,21 faizini, başqa sözlə, təxminən 18 saatlıq istehlakını təşkil edir. Bu həcm hətta dizel qiymətlərinin aşağı düşməsinə belə ciddi təsir göstərə bilməz. Halbuki Donald Trampın hakimiyyəti dövründə, Yaxın Şərqdəki böhranla əlaqədar dizel qiymətləri təxminən 70 faiz artıb.

Noyabrın 3-də ABŞ-da Konqresə və Senata seçkilər keçiriləcək. Siyasi şou naminə yanacaq (dizel) sövdələşməsi Respublikaçılar Partiyasının seçkilərdəki əsas kozırına çevrilə bilər. Təsadüfi deyil ki, Tramp açıq şəkildə Putinə təşəkkür edir, seçicilərə isə bu sövdələşmə sayəsində ABŞ-ın milyonlarla qallon dizel alacağını bildirir.

Qalanı isə iqtisadi köpüyü şişirtmək üçün təbliğat maşınının işidir. Əslində, burada əsas məsələ iqtisadi deyil, siyasi xarakter daşıyır”.

Tarixçi qeyd edib ki, dizel sövdələşməsinin qurbanı Ukrayna Prezidenti Volodimir Zelenski olub:

“ABŞ Prezidenti onunla bağlı suala birbaşa cavab verərək, Ukraynanın yeni prezident seçməsinin daha doğru olacağını bildirib.

Düşünürəm ki, ABŞ və Rusiya bu məsələ ilə bağlı razılığa gəliblər. Yaxud da ABŞ Prezidenti böyük jest edir. Zelenskidən narazılıq səbəbləri onu hakimiyyətdə saxlamaq üçün əsaslardan daha çoxdur.

Müstəqil araşdırmalar göstərir ki, Ukraynada yalnız müharibədə iştirakdan yayınmaq üçün hərbi komissarlıqların apardığı qeyri-qanuni pul dövriyyəsi ildə 5 milyard dollar təşkil edir. Bu, sadəcə yerli səviyyədə korrupsiya ola bilməz, söhbət şaquli, sistemli xarakter daşıyan bir mexanizmdən gedir.

Avropalılar və amerikalılar Zelenskini dəfələrlə pul qazanmaqda ittiham ediblər. O, müharibə aparmır, əksinə, sadəcə pul qazanır. İnternetdə Zelenskinin müharibədən ayda 11 milyon dollar qazandığı barədə məlumatlar yayılıb. Lakin bunlar qəpik-quruşdur”.

Arek Savqulyan bildirib ki, ABŞ və Avropa Rusiyaya təzyiqləri nə qədər artırırsa, Moskva bir o qədər Pekinə yönəlir:

“ABŞ-ın Rusiyanı iqtisadi sanksiyalarla boğmaq strategiyası arzuolunan nəticəni vermir. Zelenski isə ona ayrılan resurslardan istifadə etməklə öz himayədarlarını razı sala bilmir.

Eyni zamanda, Tramp administrasiyasının mövqeləri Yaxın Şərqdə üzləşdiyi uğursuzluq nəticəsində zəifləyir. Ümumiyyətlə, dizel sövdələşməsi amerikalı seçicinin gözünə kül üfürmək üçün yaradılmış iqtisadi köpükdür. Onun əsas məqsədi Konqresə və Senata seçkilərdə Respublikaçılar Partiyasının qələbəsini təmin etməkdir.

Əslində, dizel qiymətlərinin aşağı düşməsi təkcə idxalın azaldılması ilə deyil, həm də neftin emalı xərclərinin artması amili ilə əlaqələndirilir.

Lakin Trampın “dizel oyunu” göstərir ki, iqtisadi baxımdan əhəmiyyətsiz bir addımı daxili siyasətdə bütün Amerika iqtisadiyyatının xilası kimi təqdim etmək mümkündür.

Halbuki ABŞ özü ayda təxminən 5,2 milyon ton dizel yanacağı ixrac edir. Rusiyanın oktyabrda 300 min ton, noyabrda 500 min ton, yaxud gələcəkdə 1 milyon ton dizel tədarük etməsi belə Amerika kimi nəhəng iqtisadiyyat üçün heç nəyi dəyişməyəcək”.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑