Dünya · Teleqraf

UKMTO: Hörmüz boğazında tankerə mərmi düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
UKMTO: Hörmüz boğazında tankerə mərmi düşüb xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Hörmüz boğazında hərəkətdə olan tankerə naməlum mərmi düşüb, nəticədə gəmidə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəminin sol bortuna düşdüyünü bildirib. Zərbədən sonra gəmidə yanğın baş verib.

Hadisə zamanı ekipajın təhlükədə olmadığı qeyd edilib. Hazırda gəminin aldığı zərərin miqyası və ətraf mühitə mümkün təsirlə bağlı məlumat yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑