Dünya · Teleqraf

Tramp Ukrayna danışıqlarında böyük irəliləyiş olduğunu açıqlay;b

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Ukrayna danışıqlarında böyük irəliləyiş olduğunu açıqlay;b xəbəri üçün şəkil

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ lideri Ukrayna münaqişəsinin həlli ilə məşğul olan xüsusi nümayəndəsi Stiv Uitkoffun fəaliyyətini yüksək qiymətləndirib.

“Xüsusi nümayəndə Stiv Uitkoff böyük uğurlar qazanır. Təşəkkür edirəm, Stiv”, – Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin Uitkoffla görüşündə Moskvanın noyabrın 10-dan sonrakı günlərdə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirdiyini açıqlayıb.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin formalaşdırılması olacaq.

Uşakov Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüşün Əbu-Dabidə keçirilə biləcəyini də istisna etməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑