Dünya · Azxeber.com

Müttəfiqindən Kiyevə pis xəbər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müttəfiqindən Kiyevə pis xəbər xəbəri üçün şəkil
"Ukrayna 2025-ci ilin dekabrından bəri İtaliyadan hərbi yardım almır”.
Bu barədə "La Repubblica” qəzeti yazıb.
Nəşrin məlumatına görə, 13-cü yardım paketi artıq tam hazırdır, lakin onun göndərilməsi üçüncü dəfədir təxirə salınır.
Bundan əvvəl də iyul və sentyabr aylarında tədarükdə gecikmələr baş verib.
Qəzet gecikməni iki amillə əlaqələndirir:
"Birinci səbəb daxili siyasi böhrandır. Belə ki, İtaliyanın hakim koalisiyasına daxil olan "Liqa” partiyası Ukraynaya silah tədarükünə qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. İkinci amil isə İtaliyanın ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələrini gözləməsidir. Rəsmi Roma Kiyevə hərtərəfli dəstək göstərməyə davam edəcəyini bəyan edir. Baş nazir Corcia Meloni, xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani, eləcə də müdafiə naziri Gvido Krozetto İtaliyanın Ukraynaya "360 dərəcə” dəstəyini davam etdirəcəyini bildirirlər”.
Lakin qəzetin qeyd etdiyi kimi, praktikada bu dəstək getdikcə daha çox mülki təyinatlı vasitələrlə, məsələn, generatorlarla məhdudlaşır.
Bundan əvvəl Krozetto İtaliya vətəndaşlarının əksəriyyətinin Ukraynaya dəstəyin əleyhinə olduğunu bildirmişdi. Bununla belə, o, ölkə hakimiyyətinin Kiyevə yardım göstərməkdə davam etdiyini vurğulamışdı.   ///globalinfo///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑