Dünya · Azxeber.com

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü xəbəri üçün şəkil
Hindistanda Uttar-Pradeş ştatının sakini olan gənc qız sevgilisinin köməyi ilə atasını öldürüb.
Bu barədə "The Times of India” məlumat yayıb.
Oktyabrın 25-də, bazar günü günorta saatlarında Kanpur şəhərində çoxmənzilli binanın sakinləri birinci mərtəbədəki otaqdan gələn kəskin və xoşagəlməz qoxu hiss ediblər. Hadisə yerinə gələn polis otaqda 55 yaşlı Şyam Sundar Kateriyanın qalıqlarını aşkar edib.
Şübhələr dərhal onunla birlikdə yaşayan 17 yaşlı kiçik qızına yönəlib. Qızın sevgilisi olub və Kateriya qəti şəkildə onların münasibətlərinə qarşı çıxıb. Məlumata görə, qızı bir neçə gündür görən olmayıb. Daha sonra o, sevgilisi ilə birlikdə saxlanılıb. Hazırda polis hadisənin bütün təfərrüatlarını araşdırır.   ///publika///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑