Dünya · Ədalət

Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb xəbəri üçün şəkil

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXO bölük komandirlərinin III müşavirəsinin iştirakçıları ilə görüşdə Kim Çen Inın çıxışına istinadən məlumat yayıb.

"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrin tam döyüş hazırlığını təmin etməkdir. Bu vəzifənin yerinə yetirilməsinin başlıca yolu fasiləsiz və intensiv təlimlərdir", – deyə o vurğulayıb.

Kim Çen Inın sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyəti, möhkəm inqilabi əqidəsi və vətənpərvərlik ruhu ilə seçilən bölmələr formalaşdırmalıdırlar.

Şimali Koreya lideri qeyd edib ki, bu işin nəticələri komandirlərin peşəkarlığının və təşkilatçılıq qabiliyyətinin əsas göstəricisi olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑