Dünya · Bizim.Media

Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səslərin üçdə biri SAYILDI – Netanyahunun bloku LİDERDİR xəbəri üçün şəkil

İsraildə keçirilən parlament seçkilərində səslərin hesablanması davam etdikcə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun mandat sayı artır.

Bizim.Media xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, seçki qutularının 32,5 faizindəki səslər hesablanıb.

Hazırkı nəticələrə əsasən, Netanyahunu dəstəkləyən partiyalar bloku 120 yerlik Knessetdə 59, ona qarşı çıxan müxalifət bloku isə 46 mandat əldə edir.

Bununla belə, açıqlanan göstəricilər yekun nəticələr deyil və səslərin hesablanması davam etdikcə dəyişə bilər. Xüsusilə hərbi qulluqçuların səsləri də daxil olmaqla, ikiqat zərflərdə verilmiş bülletenlər daha sonra hesablanacaq.

Xatırladaq ki, İsraildə hökuməti formalaşdırmaq üçün 120 yerlik Knessetdə ən azı 61 deputatın dəstəyi tələb olunur.

Qeyd edək ki, parlament seçkilərində son 27 ilin ən yüksək seçici fəallığı qeydə alınıb. 26-cı çağırış Knessetə seçkilərdə yekun seçici fəallığı 77,7 faiz təşkil edib. Bu, 1999-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑