Dünya · Axar.az

Bu, sülh prosesinə yol aça bilər - Sibiqa

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu, sülh prosesinə yol aça bilər - Sibiqa xəbəri üçün şəkil

Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyat nəticə verərsə, bu, sülh prosesində növbəti addımların atılmasına yol aça bilər.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Onun sözlərinə görə, Ukrayna Oleşkidə həyata keçirilən humanitar əməliyyatı dəstəkləyir, çünki söhbət insanların həyatının xilas edilməsindən gedir:

“Biz aylar ərzində dünyaya Oleşkidə aclıqdan əziyyət çəkən insanlar haqqında məlumat verirdik. Dövlətlərə, beynəlxalq təşkilatlara, dünya liderlərinə və nüfuzlu dini xadimlərə müraciət edirdik. ABŞ-ın birinci xanımı Melaniya Trampa bu son dərəcə mühüm məsələdə iştirakına və göstərdiyi liderliyə görə minnətdarıq”.

Qeyd edək ki, ötən gün Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑