Dünya · Teleqraf

Tramp Konqres seçkilərinin ədalətli keçiriləcəyi təqdirdə nəticələrini tanıyacağına söz verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Konqres seçkilərinin ədalətli keçiriləcəyi təqdirdə nəticələrini tanıyacağına söz verdi xəbəri üçün şəkil

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək ara seçkilərin ədalətli olacağı təqdirdə nəticələrini tanıyacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Tramp seçki kampaniyası üçün Texasa səfəri zamanı bildirib ki, respublikaçılar Konqres üzərində nəzarəti itirərsə, demokratlarla işləməyə hazır olacaq.

Eyni zamanda, o, prezident kimi qanunvericilik təşəbbüsləri üzərində güclü veto hüququna malik olduğunu da xatırladıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑