BAKI, 1 noyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qurumu ölkənin Mərkəzi əyalətində pilotsuz uçuş aparatları və raketlərin komponentlərinin istehsal olunduğu mərkəzlər barədə məlumatları düşmənə ötürməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilib ki, SEPAH-ın Kəşfiyyat Təşkilatının əməkdaşları vətənə xəyanətdə ittiham olunan şəxsi saxlayıblar. Onun Mərkəzi əyalətində PUA və raket komponentlərinin istehsalı ilə məşğul olan mərkəzlər barədə məlumatları düşmənə ötürdüyü iddia olunur.




