ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Merfi insult keçirərək xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə senatorun nümayəndələri jurnalistlərə məlumat veriblər.
Qanunvericinin aparatından bildirilib ki, Mörfi yerli xəstəxanaya çatdırılıb və müayinə zamanı onda insult aşkarlanıb. Daha sonra senator Merilend ştatında yerləşən Cons Hopkins Universitetinin tibb mərkəzinə köçürülüb. Nümayəndələri onun huşunun özündə olduğunu qeyd ediblər.
Qeyd edək ki, senator ABŞ Senatında qondarma "erməni soyqırımı" qətnaməsinin lehinə səs verib və ABŞ-dəki Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəklənən siyasətçilərdən biridir.





