BAKI, 8 oktyabr. TELEQRAF
“Dünya Bankının hesablamalarına görə, planlaşdırılan infrastruktur tapşırıqları tam şəkildə yerinə yetirilərsə, Xəzər dənizi üzərindən yükdaşımaları 2040-cı ilə qədər dörd dəfə artacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənistanda keçirilən görüşündə bildirib.
“Hesab edirəm ki, Orta Dəhlizin TRIPP (“Tramp marşrutu”) nəqliyyat təşəbbüsü ilə birləşdirilməsi məsələsi ekspertlər səviyyəsində müzakirə edilə bilər. Bu layihə potensialımızı artıracaq və bütün dövlətlərin uzunmüddətli maraqlarına uyğundur”, - dövlət başçısı bildirib.






