BAKI, 8 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-Türkmənistan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası məmnuniyyətlə qeyd edilib. Qarşılıqlı ticarət həcminin bir neçə dəfə artırılması üçün tədbirlər planının, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və su təsərrüfatı kimi sahələrdə Əməkdaşlıq Proqramının qəbul edilməsinin vacibliyi vurğulanıb.
Görüşün sonunda Ali Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Bu sənəd siyasi dialoqun daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi üçün möhkəm institutsional baza yaradacaq.






