Asiya · Teleqraf

Japarov Türkmənbaşıda Berdiməhəmmədovla görüşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Japarov Türkmənbaşıda Berdiməhəmmədovla görüşüb xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

Teleqraf xəbər verir ki, dövlət başçıları ikitərəfli əməkdaşlığın aktual məsələlərini və Qırğızıstan-Türkmənistan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Ticari-iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə və nəqliyyat-logistika əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib.

Prezident Japarov əldə olunmuş razılaşmaların ikitərəfli əlaqələrin gələcək inkişafına yeni təkan verəcəyinə və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑