Dünya · Teleqraf

Qara dənizdə batan gəmidən xilas edilən azərbaycanlıların adları açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qara dənizdə batan gəmidən xilas edilən azərbaycanlıların adları açıqlandı xəbəri üçün şəkil

BAKI, 23 oktyabr. TELEQRAF

Bu gün Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Komor adaları bayrağı altında üzən və dron hücumu nəticəsində batan "Xorev" yük gəmisindən xilas edilən Azərbaycan vətəndaşlarının adları bəlli olub.

Teleqraf xəbər verir ki, göyərtəsində 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvünün olduğu gəmidən Rumıniya Dəniz Koordinasiya Mərkəzinin qəza siqnalı əsasında xilasetmə əməliyyatı başlanılıb.

Keçirilən əməliyyat nəticəsində 9 nəfər xilas edilib, 1 dənizçi həlak olub, 3 nəfər isə itkin düşüb.

Hücumdan sonra batmış gəmidən sağ çıxarılan Azərbaycan vətəndaşlarının adları açıqlanıb:

Kənan Cabbarağa oğlu Həsənov

Rufan Xalıq oğlu Əhmədov

İmran Hüseyn oğlu Tağıyev.

Hücum zamanı Rüfən Əhmədovun yüngül xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, hazırda Rumıniya Sahil Mühafizəsi və Dənizdə İnsanların Xilasedilməsi Agentliyi tərəfindən itkin düşən dənizçilərin axtarış-xilasetmə işləri davam etdirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑