Asiya · Teleqraf

Qırğızıstan Prezidenti Türkmənistanda səfərdədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstan Prezidenti Türkmənistanda səfərdədir xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov işgüzar səfərlə Türkmənistana gəlib.

Teleqraf xəbər verir ki, dövlət başçısının təyyarəsi Türkmənbaşı şəhərindəki beynəlxalq hava limanına enib.

Prezidenti hava limanında Türkmənistan xarici işlər naziri Rəşid Meredov qarşılayıb.

Hava limanında Mərkəzi Asiya dövlətlərinin, Azərbaycan Respublikasının və MDB dövlət başçılarının görüşündə iştirak edəcək ölkələrin bayraqları asılıb, xalça sərilib və fəxri qarovul dəstəsi düzülüb.

Səfər çərçivəsində Prezident Sadır Japarov Mərkəzi Asiya dövlətlərinin və Azərbaycan Respublikasının dövlət başçılarının məşvərət görüşündə və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək, həmçinin ikitərəfli görüşlər keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑