Asiya · Teleqraf

Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi xəbəri üçün şəkil

BAKI, 8 oktyabr. TELEQRAF

“Xəzər dənizi gələcək nəsillərin sərvətidir və ona dəyəcək zərər bütün qonşu ölkələr üçün böyük böhranlara səbəb olacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Türkmənistana səfərindən əvvəl deyib.

Dövlət başçısı bildirib ki, bu səfərdə məqsəd MDB-nin sammitində qonaq qismində iştirak etmək və Xəzəryanı ölkələrin liderləri ilə bu dənizin qarşısında duran ciddi təhlükələr barədə müzakirələr aparmaqdır: “Su axınının azalması, quraqlıq təhlükəsi, neft çirklənməsi və həddindən artıq balıq ovu regionun ekosistemini təhdid edir və bu səfər zamanı bu problemlərin qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparacağıq”.

Məsud Pezeşkian vurğulayıb ki, bu, İranla qonşu ölkələr arasında münasibətləri daha da dərinləşdirmək və əlaqələri genişləndirmək üçün çox yaxşı fürsətdir:

“Bizi belə asanlıqla mühasirəyə ala bilməzlər. Çünki regionda 15 ölkə ilə qonşuyuq və bu marşrutların hər birindən iqtisadi, ticari, siyasi və təhlükəsizlik sahələrində bir çox mübadilələr həyata keçirə bilərik. Qarşıya çıxan bu imkanlar qarşılıqlı əlaqələrimizin xarakteri, qaydalar və ticarət mübadilələrimiz baxımından da çox faydalı ola bilər. Ümid edirəm, düşündüyümüz və danışıqlar zamanı üzərində çalışacağımız məqsədlərə nail ola biləcəyik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑