BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin nüvə enerji qurğuları ilə bağlı işlərin təmin edilməsi üçün “Fluor Marine Propulsion” şirkəti ilə 2,4 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilib.
Məlumata görə, “Fluor Marine Propulsion LLC” şirkəti əvvəlki müqaviləyə dəyişiklik çərçivəsində 2 milyard 409 milyon 77 min 590 dollar məbləğində əlavə müqavilə əldə edib. Müqavilə xərclərin ödənilməsi və sabit mükafatın verilməsi şərtlərini nəzərdə tutur.
Müqavilənin icrasının 2028-ci il sentyabrın 30-dək başa çatdırılması planlaşdırılır.




