Dünya · Azxeber.com

Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb xəbəri üçün şəkil
Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb.
"Agence France-Presse" (AFP) agentliyinin məlumatına görə, Fransa lideri baş verənləri respublika üçün dönüş nöqtəsi adlandırıb.
"Bu, dönüş nöqtəsidir, çünki ilk dəfədir ki, məqsədi dərilərinin rənginə və ya dini etiqadına görə həmvətənlərimizi, uşaqlarımızı öldürmək olan əvvəlcədən planlaşdırılmış terror aktı ilə üzləşirik", - Makron bildirib.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑