Dünya · Teleqraf

Oman sahillərində tankerə hücum: İki dənizçi itkin düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oman sahillərində tankerə hücum: İki dənizçi itkin düşüb xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Oman sahillərində, Sohar limanı yaxınlığında MT Petro Dolphin tankerinə pilotsuz aparatla hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.

Nazirin sözlərinə görə, hadisə zamanı gəminin göyərtəsində ümumilikdə 11 nəfər olub. Onlardan doqquzu xilas edilsə də, iki Hindistan vətəndaşının taleyi hələlik məlum deyil.

Sonoval bildirib ki, Oman Sahil Mühafizəsi itkin düşən dənizçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparır. Hindistan tərəfi də axtarışların əlaqələndirilməsi və itkin düşənlərin tapılmasına kömək məqsədilə müvafiq qurumlarla əməkdaşlıq edir.

Nazir tankerin hansı ölkənin bayrağı altında üzməsi barədə məlumat verməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑